Milli Məclisdə növbəti ilin büdcəsinin müzakirələrinə komitələrin birgə iclaslarında başlanılıb. Maliyyə Naziri Samir Şərifov növbəti ilin büdcəsi haqqında ətraflı məlumat verib. Məlum olub ki, büdcənin gəlirləri və xərclərində təxminən 2,5 milyard manat artım nəzərdə tutulub.
Növbəti il üçün dövlət büdcəsinin xərcləri isə 24 milyard 780 mln manat nəzərdə tutulub. növbəti ilin dövlət büdcəsində neftin qiyməti ilə bağlı yenə konservativ yanaşma nümayi,ş etdirilib. belə ki, növbəti ilin proqnozlarında neftin qiyməti 60 dollardan götürülüb.
Maliyyə nazirinin sözlərinə görə növbəti il üçün büdcə daxil olmalarının 7 mlyr dan çoxu yəni 31,9 % lik hissəsinin Vergilər Nazirliyinin xətti ilətəmin ediləcək , sosial sığorta və işsizlikdən sığortaya nəzarətdə Vergilər Nazirliyi tərəfindən həyata keçiriləcək.Samir Şərifov növbəti ilin büdcəsində sosial ayırmaların cari ilə nisbətən artırıldığını da bildirib.
İclasda çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev növbəti il üçün nəzərdə tutulan yaşa görə əmək pensiyasının orta aylıq məbləğini açıqlayıb.
İclasda çıxış edən Vergilər Naziri Mikayıl Cabbarov isə kölgə iqtisadiyyatının azaldılması, vergi tutma bazasının təkmilləşdirilməsi üçün geniş islahatların həyata keçiriləcəyini bildirib.Qeyd edək ki, növbəti ilin büdcəsi Azərbaycanın ən böyük həcmli büdcəsdir.