Xəzər Xəbər

10 gün əvvəl körpə dünyaya gətirən qadın xəstəxanada öldü VİDEO

Veb TV | 20:08 • 5 Noyabr 2018
10 gün əvvəl körpə dünyaya gətirən qadın xəstəxanada öldü

Bərdə rayonunda 10 gün əvvəl uşaq dünyaya gətirən qadın xəstəxanada ölüb.

Hadisə Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Belə ki, Tərtər rayonunun Borsunlu kənd sakini, 1990-cı il təvəllüdlü Xanım Elman qızı İsayeva oktyabrın 24-də xəstəxananın doğum şöbəsində qeysəriyyə yolu ilə oğlan uşağı dünyaya gətirib. X.İsayevanın və dünyaya gətirdiyi körpənin vəziyyəti yaxşı olduğundan oktyabrın 29-da xəstəxanadan evə buraxılıb. Ötən gecə halı pisləşən 28 yaşlı qadın yenidən Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.O, müalicə aldığı xəstəxananın Reanimasiya şöbəsində dünyasını dəyişib.

Xəstəxanadan bildirilib ki, qadının ölümü doğuşla bağlı deyil: "Xanım İsayeva və dünyaya gətirdiyi körpənin vəziyyəti yaxşı olduğundan evə buraxılıb. Yenidən xəstəxanaya müraciət edən qadınınyıxılaraq ağır kəllə-beyin travmasıaldığı məlum olub".

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti