Xəzər Xəbər

5 rayonda ASAN Xidmət mərkəzləri istifadəyə veriləcək VİDEO

Veb TV | 19:40 • 5 Noyabr 2018
5 rayonda ASAN Xidmət mərkəzləri istifadəyə veriləcək

Gələn il daha 5rayonda ASAN Xidmət mərkəzləri istifadəyə veriləcək. Bundan başqa torpaqların ölçü sənədlərinin, hüquqi və fiziki şəxslər üçün arxiv sənədlərinin verilməsi kimi yeni xidmətlər də artıq ASAN Xidmət mərkəzlərində həyata keçirilməyə başlanıb. Bununla da vətəndaşlara göstərilən xidmətlərin sayı 320-ə çatıb.

Azərbaycanın daha 5 regionunda yeni ASAN xidmət mərkəzləri yaradılacaq. Bunu jurnalistlərə açıqlamasındaPrezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Ülvi Mehdiyev ASAN xidmət mərkəzlərində oktyabrın 26-da dövlət başçısının fərmanı ilə bu xidmətə verilən 20 xidmətin də artıq həyata keçirildiyinə diqqət çəkib. Belə ki, torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarış, həmin torpaq sahəsinin planı və ölçüsünün verilməsi, hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsi də artıq Asan xidmət mərkəzlərində həyata keçirilir.

Bundan başqa vətəndaşın hərbi qeydiyyatına dair arayışın, qida təhlükəsizliyi sertifikatının verilməsi, idxal və istehsal edilən baytarlıq preparatlarının qeydiyyata alınması, bitki və bitkiçilik məhsullarına fitosanitar sertifikatın, daxili karantin sertifikatının verilməsi də ASAN xidmət mərkəzlərində yeni həyata keçirilən xidmətlər siyahısındadır.

Xəbər lenti