Ağstafa rayonunda yeniyetmə at arabasının altında qalaraq ölüb.
Hadisə rayonun Saloğlu qəsəbəsinin ərazisində baş verib.
Belə ki, qəsəbə sakini, 2004-cü il təvəllüdlü Famil Tahir oğlu İbrahimov hərəkətdə olan at arabasından yıxılaraq arabanın təkərinin altında qalıb. Ağır bədən xəsarətləri alan F.İbrahimov xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.