Xəzər Xəbər

Azərbaycanda şirkət əməkdaşından ŞOK FIRILDAQ – 52 MİN MANATI ƏLƏ KEÇİRDİ - VİDEO

Veb TV | 19:25 • 5 Noyabr 2018
Azərbaycanda şirkət əməkdaşından ŞOK FIRILDAQ

Bərdədə bir nəfər polisi yanıltmaq üçün avtoqəza törədib. Məqsədi işlədiyi şirkətin 52 min manat pulunu mənimsəmək olub. Ancaq polis işin üstünü açıb. Bakıda isə mənzildən külli miqdarda pul və qızıl oğurlanıb.

Maliyyəçi işlədiyi müəssisənin külli miqdarda pulunu mənimsəmək üçün fırıldağa əl atıb.

Bərdədə fəaliyyət göstərən ''Koroğlu'' Məhdud Məsuliyyətli Cəmiyyətində maliyyəçi işləyən Müşfiq Cəfərov Rayon Polis Şöbəsinə məlumat verib ki, noyabrn 2-dəsaat 20 radələrində Cəyirli kəndi ərazisində idarə etdiyi avtomobilini yolun kənarındakı elektrik dirəyinə vurub, huşunu itirdiyindən avtomobildə olan şirkətə məxsus təqribən 52 min manata yaxın pulu naməlum şəxslər oğurlayıb.

Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla Müşfiq Cəfərovun polisə yalan məlumat verdiyi üzə çıxıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onun həmin məbləğdə pulu mənimsəyərək Ağdam rayon sakini olan qohumunun evində gizlətdiyi və yol-nəqliyyat hadisəsini də polisi yanıltmaq üçün törətdiyi müəyyən edilib.

Müşfiq Cəfərov polis əməkdaşları tərəfindən saxlanılıb, göstərilən miqdarda vəsait şirkətə qaytarılıb.

Bakıda isə mənzildən külli miqdarda pul oğurlanıb. Hadisə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində baş verib.''AB'' yaşayışmassivi 8 ünvanında yaşayan Samir Şirinov ərazi üzrə 33-cü polis bölməsinə məlumat verib ki, evdə olmadıqları vaxt naməlum şəxslər onun mənzilinin dəmir barmaqlıqlarını kəsərək evə daxil olublar.

Şikayətçi bilidirib ki, evdən 20 min manatlıq qizil-zinət əşyaları,6 min 800 dollar, 50 avro və 4500 manat pulu oğurlanıb. Polis hadisə yerinə baxış keçirib və əl barmaq izlərini götürüb. Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Çox oxunanlar