Rusiyada qardaşını həyat yoldaşı ilə yataqda tutan kişi hər ikisiniqətlə yetirib.
Oxu.Az Ufa1 portalına istinadən xəbər verir ki, hadisə Ufa şəhərində baş verib.
Bildirilir ki, 65 yaşlı kişi qardaşının evinə qonaq gəlib, yeyib-içdikdən sonra orada gecələyib.
Gecə ev sahibi yuxudan oyanaraq qonşu otaqda arvadını qardaşı ilə birgə yataqda yaxalayıb. Nəticədə o, tüfəngi götürərək onları güllələyib.
Birinci o, arvadını başından güllələyərək öldürüb. Sonra isə qaçmağa cəhd edən qardaşından qisas alıb.
Ev sahibi hadisə yerinə polisi özü çağırıb.