Lənkəranda 62 yaşlı qadın ehtiyatsızlıqdan su quyusuna düşərək boğulub.
Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Liman şəhəri ərazisində baş verib. Liman sakini Vəskinə Əliyeva evlərinin yaxınlığındakı yolun kənarında yerləşən və ümumi istifadə üçün nəzərdə tutulan su quyusuna düşüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin cənub regional mərkəzinin xilasediciləri cəlb edilib və Vəskinə Əliyevanın cəsədi dərinliyi 3 metr olan quyudan çıxarılıb.
Meyit müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.