Xəzər Xəbər

Saxta pul kəsən ana və oğlu yaxalandı - VİDEO

Veb TV | 19:12 • 4 Noyabr 2018
Saxta pul kəsən ana və oğlu yaxalandı -

Abşeronda saxta pulla alış-veriş edən ana və oğlu saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, əməliyyatı Abşeron polisi keçirib. Abşeron sakini Gülbəniz Hüseynova işlədiyi şirniyyat mağazasında bir nəfər qadının ona 50 manatlıq saxta pul verdiyi barədə polisə şikayət edib. Adilə Sadıqova da Masazır qəsəbəsidə ticarətlə məşğul olan zaman bir nəfər qadının ona saxta pul verməsi barədə polisi məlumatlandırıb. Aparılan əməliyyat axtarış tədbirləri zamanı həmin cinayəti törətmiş şəxslərin paytaxtın Nəsimi rayonunda kirayədə yaşayan Nərgiz Mirzəyeva və oğlu Namiq Əsgərov olduğu ortaya çıxıb.

Saxlanılan şəxslərin yaşadıqları mənzildən saxta pul çap etmək üçün işlədilən rəngli printer və digər aksesuarlar aşkarlanıb. Namiq Əsgərov həmin vasitələrin həbsdə olan qardaşından aldığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti