Xəzər Xəbər

Elmə investisiya yatıranlara güzəştlər olunacaq - VİDEO

Veb TV | 19:14 • 4 Noyabr 2018
Elmə investisiya yatıranlara güzəştlər olunacaq -

Elm sahəsinə investisiya qoyanlara bir sıra güzəştlər ediləcək. Əsas məqsəd elmin inkişafına və onun biznes tutumlu olmasına nail olmaqdır.

Xezerxeber.az-ın məlumatına görə, bu təkliflər 2019-cu ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Sənəddə qeyd olunur ki, Azərbaycanda elmin maliyyələşdirilməsinə dövlət büdcəsi ilə yanaşı, digər mənbələrin də cəlb olunmasının stimullaşdırılması nəzərdə tutulur.

İqtisadçı ekspert Rəşad Həsənov bildirir ki, elmin inkişafına bu cür yanaşma artıq qabaqcıl ölkələrdə tətbiq olunur və çox uğurlu nəticələrlərlə müşahidə olunmaqdadır.

Bununla yanaşı, innovasiya potensialının səmərəli istifadəsi və inkişafı üçün müvafiq qanunvericilik bazası yaradılacaq. Elm tutumlu məhsulların və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparklar və innovasiya zonalarının yaradılması planlaşdırılır.

Layihədə mühüm elmi nəticələrin, dünyəvi yeniliklərin, elm tutumlu mütərəqqi texnologiyalar əsasında İnnovasiya Bankının yaradılması və Milli İnnovasiya Proqramının hazırlanması da prioritet istiqamət kimi qeyd edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar