Sakinlərin şikayəti əsasında kənd təsərrüfatı yarmarkası başqa əraziyə köçürülür.
Xezerxeber.az-ın məlumatına görə, Sumqayıt şəhər 12-ci mikrorayon ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satışı yarmarkasının 42-ci məhəlləyə köçürülməsinə qərar verilib. Buna səbəb yarmarkanın əvvəlki yerində satıcıların gigiyena qaydalarına əməl etməməsi və avtomobillərin süni tıxac yaratmasıdır.
Sakinlər məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə şikayət ediblər. İcra rəsmiləri vətəndaşların şikayətini haqlı sayıb və yaranmış poblemin aradan qaldırılması üçün bu adımı atıblar. Yarmarka bundan sonra şəhərin 42-ci məhəlləsində fəaliyyətini davam etdirəcək.
Adıçəkilən yarmarka Sumqayıtda hər həftənin şənbə və bazar günləri keçirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: