Xəzər Xəbər

Mediya azadlığı "təəssübkeşləri" yenə aktivləşib - Lazımsızlıq xofu yoxsa... - VİDEO

Veb TV | 21:08 • 3 Noyabr 2018
Mediya azadlığı "təəssübkeşləri" yenə aktivləşib -

Xaricdəki anti-Azərbaycan dairələrin əlində alətə çevrilməyi özünə peşə seçən bir qrup şəxs yenə dıranağarası fürsətdən yararlanıb gündəmə gəlmək istəyirlər. Ssenari və aktyorlar isə dəyişmir. Yeganə məqsəd əllərində vasitə olduqları dairələrə öz mövcudluqlarını isbat etməkdən başqa bir şey deyil.

Bu dəfə Vaşinqtonda toplaşan dıranağarası söz azadlığı təssübkeşləri Azərbaycanda media azadlığının vəziyyətini müzakirə ediblər. Özləri də iddia ediblər ki, sən demə Azərbaycanda 14 jurnalist peşə fəaliyyətinə görə həbs edilib. Və azad fikirli insanlar təqib olunur. Mətbuat Şurası idarə heyətinin üzvü Azər Həsrət deyir ki, bu insanlar vaxtaşırı bu tip tədbir və çıxışlarla gündəmə gəlməklə əslində özlərinin mövcudluğunu göstərməyə çalışırlar.

Azər Həsrət deyir ki, həmin şəxsləri əslində nə ölkədəki mətbuatın vəziyyəti nə demokratiya nə də digər məsələlr maraqlandırır. Onlar həmişəki kimi əslində öz canlarının hayındadır. Belə ki artıq anti-Azərbaycan qərb dairələri belə böhtan və qarayaxmalarla Azərbaycana təziq etməyin mümkünsüzlüyünün fərqinə varılar. Belə olan halda bu dırnağarası mətbuat təəsübkeşlərinin xidmətlərinə də ehtiyac qalmır. Bu isə həmin şəxlsrəin öz gəlirlərini itirməsi deməkdir.

Maraqlısı budur ki, bu qruplaşma lazımsızlığının fərqinə vardığı üçün artıq sosial məsələrə burunu soxmağa başlayıb. Son illər Azərbaycana ayağı dəyməyən bu cür hətta Bakı qışa hazır deyil kimi məsələləri müzakirə etməsi nə qədər səmimi ola bilər? Aydın məsələdir ki, onlar mənfi yaxud müsbət olmasından asılı olmayaraq Azərbaycandan onlara reaksiya verilməsini gözləyirlər. Bununla da öz ağalarına göstərmək istəyirlər ki bunlar hələ də işə yarıyırlar.

Xəbər lenti