Azərbaycanda uşaq pulları artımı ilə bağlı bir qrup valideyn imza toplayaraq, Milli Məclisə müraciət ərizəsi yazıb. Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, uşaq pulu anlayışı yenidən gündəmə gəlməlidir və bərpa olunmalıdır.
Ölkədə uşaq pullarının bərpası mümkün ola bilər.
Bununla bağlı Milli Məclisə bir qrup valideyn müraciət ünvanlayıb. Artıq Milli Məclisdən məsələyə reaksiya verilib. Millət vəkili Fazil Mustafa hesab edir ki, uşaqların ehtiyaclarının ödənilməsi və onların sağlam böyümələri üçün həmin müavinətlərin bərpasına ehtiyac var.
Millət vəkili deyir ki, verilən uşaq pullarının təyinatı üzrə xərclənməsinə də nəzarət olunmalıdır. Bunun üçün məsuliyyət belə nəzərdə tutulmalıdır. Deputat hazırda uşaqlara ödənilən birdəfəlik müavinətin artırılmasını da təklif edir. Onun sözlərinə görə, müavinətlərin indiki məbləği uşaqların xərclərinin ödənilməsinə kifayət etmir.
Fazil Mustafa bildirib ki, hər iki məsələ Milli Məclisin büdcə müzakirələrində gündəmə gətiriləcək, daha sonra plenar iclasa təqdim ediləcək.