Şamaxıda ağıryol nəqliyyat hadisəsi baş verib. Yük maşını ilə minik maşınının toqquşması zamanı bir ailənin iki üzvü dünyasını dəyişib.Siyəzəndə isə xurma aparan yük maşını aşıb.nəticədə 20 ton xurma yola dağılıb.
Avtomobilin yük maşını ilə toqquşması ölümlə nəticələnib.
Ağır yol nəqliyyat hadisəsi Şamaxı rayonundabaş verib. Rayon Quşçu kənd sakini, 72 yaşlı Gülbaba Zülfüqarovun idarə etdiyiminik avtomobili ilə 49 yaşlı Salyan rayon sakini Habil Soltanovunidarə etdiyiyük avtomobili toqquşub. Qəza zamanıminik avtomobilinin sürücüsü Gülbaba Zülfuqarov və onun həyat yoldaşı 71 yaşlı Tamam Zülfüqarova hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə cəlb olunan xilasedicilərsıxılmış vəziyyətdə qalmış meyitlərinəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı araşdırma aparılır.
Bakı-Quba-Rusiya sərhədi yolunun Siyəzən rayonundan keçən hissəsində də qəza olub.Rüfət Şabanov idarə etdiyi yük maşını ilə Quba istiqamətində hərəkətdə olarkən qəflətən avtomobilin yük yeri aşıb. Nəticədə 20 ton xurma yola dağılıb. Yükün sahibi və sürücü xəsarət alıb. Yük maşınına da ciddi ziyan dəyib. Qeyd edək ki, yük satmaq üçün qonşu ölkəRusiyaya aparılırmış.