Bu ildən ali məktəblərə qəbul imtahanlarının yeni qaydalarla keçirilməsi abuturiyentlər üçün hər hansı bir problem yaratmayacaq. Çünki onlar 1-ci sinifə daxil olanda kurriklum sistemi ilə tədris tətbiq olunub. Bu barədə DİM direktorlar şurasının sədri Məleykə Abbaszadə məlumat verib. Ötən illərin məzunları isə yeni qaydalarla bağlı məlumatları qrumun nəşrlərindən əldə edə bilərlər. İmtahanın prosesinin digər subyektləri üçün isə maarifləndirici tədbirlərə başlanılıb.
2019-cu ildə keçiriləcək qəbul və buraxılış imtahanlarının modelləri haqqında,müzakirələrə başlanıldı. Dövlət İmtahan Mərkəzininrəhbərliyi hesab edir ki, imtahanın əsas maraqlı tərəfi olan abuturiyentlər üçün yeni qaydalar gözlənilməz deyil.
Təbii ki imtahanda iştirak edənlərin heç də hamısı bu ilin məzunları olmayacaq. Ötən illərdə məzun olmuş insanlar kuuriklum sistemi üzrə təhsil almayıblar. Məleykə Abbaszadə bildirib ki, əvvəlki illərdə məzun olanlar yeni model imtahanları haqqında məlumatlarıqurumun dərc etdiyi nəşrlərdən əldə edə bilər. Yəni onlar artqı imtahanlara hazırlıqlarını bu istiqamətdə aparmalıdırlar.
Qurum hazırdahəm ictimaiyyətin həm də imtahan prosesinin digər subyektinin məlumatlandırılması üçün tədbirlər keçirir.Prosesə qurum tərəfindən keçirilən imtahanların hər birinə hazırlıq məzmun və standartlara uyğun ekspertlər cəlb edilib.
Gəncədə "Dövlət imtahan mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti" mövzusundakı konfrans da məhz bu məqsədlə keçirilib. TədbirdəGəncə şəhəri və ətraf bölgədə yerləşən ali təhsil müəssisələrinin, təhsil şöbələrinin rəhbər şəxsləri, müəllimlər, imtahan rəhbərləri və nəzarətçiləri iştirak edib.