Xəzər Xəbər

İmkansız tələbələrin təhsil haqlarını Gənclər Fondu ödəyəcək - VİDEO

Veb TV | 20:33 • 2 Noyabr 2018
İmkansız tələbələrin təhsil haqlarını Gənclər Fondu ödəyəcək -

''Gənclər Fondu imkansız tələbələrin təhsil haqlarını qarşılayacaq. Bu gündən fondun rəsmi saytında ərizə qəbuluna başlanılıb''.

Xezerxeber.az-ın məlumatına görə, bunu Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu layihə Prezident İlham Əliyevin Fərmanına əsasən həyata keçirilir. Layihəyə əsasən Gənclər Fondunun sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər qrupuna daxil olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi həyata keçiriləcək. Fondun rəsmi saytına daxil olaraq qeydiyyatdan keçən və müraciətinə müsbət cavab verilən gənclərin təhsil haqqı xərcləri tam və ya qismən qarşılanacaq.

Maliyyələşmə zamanı tələbənin davamiyyəti və təhsil göstəriciləri əsas götürüləcək.

Fonda dövlət ali təhsil müəssisələrinin əyani/qiyabi təhsilalma formaları üzrə, bakalavr/magistr təhsil pillələrində olan və 16-29 yaşlı tələbələr müraciət edə bilərlər.

Müraciətlərə 15 gün ərzində baxılacaq və nəticələr barədə məlumat Fondun rəsmi internet səhifəsində və mətbuatda dərc olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti