Xəzər Xəbər

Bakıda yeni poçt qutuları quraşdırılır - VİDEO

Veb TV | 20:18 • 2 Noyabr 2018
Bakıda yeni poçt qutuları quraşdırılır -

Bakıda yeni poçt qutularının quraşdırılmasına başlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, ölkənin yeganə milli poçt operatoru olan "Azərpoçt" MMC bu ildən yeni brendlə təqdim olunur. Rebrendinq layihəsi çərçivəsində şirkətin loqosu yenilənib. Bu səbəbdən də yeni loqoya uyğun poçt qutuları quraşdırılır.

Hazırda ölkə üzrə 3 min 484 ədəd poçt qutusu vətəndaşların xidmətindədir. Məktubların təhvil alınması vaxtı isə qutunun yerləşdiyi əraziyə görə dəyişir.

Paytaxtdan sonra bölgələrdə də yeni poçt qutularının quraşdırılmasına başlanacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti