Xəzər Xəbər

Himnə dəyişiklik təklifi deputatlar arasında fikir ayrılığına səbəb oldu - VİDEO

Veb TV | 20:25 • 2 Noyabr 2018
Himnə dəyişiklik təklifi deputatlar arasında fikir ayrılığına səbəb oldu -

Milli Məclisin bugunkü iclasına himnlə bağlı müzakirələr öz damğasını vurdu.

Xezerxeber.az-ın məlumatına görə, himndə müəyyən dəyişikliklər edilməsi təklifi millət vəkilləri arasında fikir ayrılığına səbəb olub. Müzakirələrin başlanğıcında deputat Tahir Kərimli Azərbaycan himninin qısaldılmasını təklif edib.

Milli Məclisin İctimai birliklər və Dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə himnin olduğu kimi toxunulmaz qalmasının vacibliyinə diqqət çəkib.

Deputat Fəzail İbrahimli isə himnin bütün cümlələrinin Azərbaycan tarixinin keçmişini və gələcəyini müfəssəl olaraq özündə əks etdirdiyini, buna görə onun ixtisar edilməsinin mümkünsüzlüyünü vurğulayıb.

Qeyd edək ki, dövlət himninin rəsmi qaydada dövlət televiziyasında yayımlanan xronometrajı 2 dəqiqə 13 saniyə təşkil edir. Halbuki, millət vəkili Tahir Kərimli bu müddətin 4 dəqiqə olduğunu iddia etmişdi.

Bundan başqa, plenar iclasda bir sıra məhkəmələr üçün yeni hakimlərin təyin olunmasına razılıq da müzakirə edilib. Təklif səsə qoyularaq qəbul edilib və hakimlərin yeni vəzifələrinə təyinat təklifi təsdiqlənib.

Həmçinin teatr tamaşalarında və filmlərdə siqaretdən istifadəni məhdudlaşdıran təklif də səsə qoyularaq qəbul edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti