Xəzər Xəbər

Murad azərbaycanlı qızı bəyəndi, Hadisə qısqandı - VİDEO

Veb TV | 14:39 • 29 Oktyabr 2018
Murad azərbaycanlı qızı bəyəndi,

Türkiyənin TV 8 telekanalında yayımlanan məşhur "O səs Türkiyə” mahnı müsabiqəsində daha bir azərbaycanlı çıxış edib.

Naz Dej adlı həmyerlimiz münsiflərin diqqətini cəlb edib.

O, səhnədə "I care” mahnısını oxuyub.

Nazın ifasını üç münsif- Hadisə, Murad Boz və Beyazit Öztürk bəyənib. Jürilər Nazı öz komandalarına daxil etmək üçün mübarizə aparıblar. M. Boz Nazı çox bəyəndiyini qeyd edib, onun ünvanına təriflər yağdırıb. Müğənninin bu addımı həmkarı Hadisənin qısqanclığı ilə nəticələnib. N. Dej isə müsabiqəyə Bozla davam etmək istədiyini bildirib.


Xəbər lenti