Xəzər Xəbər

İndoneziyada sərnişin təyyarəsi QƏZAYA UĞRADI: 189 nəfər... - İLK GÖRÜNTÜLƏR - VİDEO

Veb TV | 09:38 • 29 Oktyabr 2018
İndoneziyada sərnişin təyyarəsi QƏZAYA UĞRADI:

İndoneziyada qəzaya uğrayan laynerin ekipajı uçuşdan dərhal sonra eniş tələb edib.

Bu haqda İndoneziya Mülki Aviasiyasının Baş idarəsinin rəsmi nümayəndəsi Sindu Raxayu bildirib.

"Ekipaj Cakarta aeroportuna eniş tələb etdi, sonra onunla əlaqə kəsildi. Layner radarların ekranlarından yoxa çıxdı", - o deyib.

***

İndoneziyanın "Detik.com" xəbərlər portalının ölkənin Nəqliyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, təyyarənin içində qəza dəqiqəsində 189 nəfər olub.Onlardan 3-ü uşaq olmaqla, 181-i sərnişindir. Digərləri isə 2 pilot və 6 bort əməkdaşıdır.

Artıq təyyarənin qəzaya uğradığı yer əraziyə göndərilmiş vertolyot və üç gəmi tərəfindən aşkar edilib.

Sosial şəbəkələrdə sərnişinlərin şəxsi əşyaları və təyyarənin bir neçə hissəsinin görüntüləri dərc edilib.

***

"Lion Air" aviaşirkətinin təyyarəsi İndoneziyada Yava adasının qərb sahilində dənizə düşüb.

Bu haqda İndoneziyanın Fövqəladə vəziyyətlərinin aradan qaldırılması üzrə Agentliyə istinadən "Jakarta Post" qəzetinin internet-versiyası bildirib. Yava adasının qərb sahilində olan bir neçə mülki gəminin ekipajları bildiriblər ki, dənizdə bölünmüş təyyarəni tapıblar. Nəşr yazır ki, sərnişinlərin və ekipajın taleyi haqqında hələ heç bir məlumat yoxdur.

***

İndoneziyada "Lion Air" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.

Bu haqda "Röyters” agentliyi bildirib.

"Straits Times” qəzeti isə bildirib ki, təyyarə uçuşdan 13 dəqiqə sonra radarlardan itib. Qəza təyyarə daxili reys ilə paytaxt Cakartadan Panqkal-Pinanq şəhərinə uçan zaman baş verib. Nəşrin məlumatına görə, təyyarə Cakartadan yerli vaxtla 6:20-də qalxıb və 6:33-də radarlardan itib.

Təyyarələrin uçuşlarını izləyən "Flightradar” resursunun məlumatına görə layner Yava adasının qərb sahilində dənizə düşüb. Zərərçəkənlər və sərnişinlərin sayı haqqında hələ heç bir məlumat yoxdur. Lakin təyyarənin 210 nəfərlik sərnişin tutumuna malik olduğu bildirilir.

Axtarış-xilasedici əməliyyatı başlanıb./publika.az


Xəbər lenti

Çox oxunanlar