Xəzər Xəbər

Ağdaşda canavarlar kəndə hücum çəkib - VİDEO

Veb TV | 19:36 • 28 Oktyabr 2018
Ağdaşda canavarlar kəndə hücum çəkib -

Ağdaşda fərdi təsərrüfata hücum edən canavarlar mal-qaranı tələf edib.

Xezerxeber.az bildirir ki, hadisə Aşağı Nemətabad kəndində baş verib.

Canavarlar kənd sakini Əbülfət Əhmədovun həyətindəki tövləyə girərək 10 baş xırdabuynuzlu heyvanı parçalayıb. Yalnız ev sahibinin hay-küyü ilə yırtıcıları ərazidən uzaqlaşdırmaq mümkün olub.

Sakinlərin sözlərinə görə, bu hal canavarların kəndə heç də ilk hücumu deyil.


Xəbər lenti

Çox oxunanlar