Xəzər Xəbər

Balakəndə II Beynəlxalq xurma festivalı keçirilir - VİDEO

Veb TV | 19:55 • 28 Oktyabr 2018
Balakəndə II Beynəlxalq xurma festivalı keçirilir -

Balakən rayonunda II Beynəlxalq xurma festivalı keçirilir.

Xezerxeber.az xəbər verir ki, Festivalda Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları və digər qonaqlar iştirak edirlər.

Festivalın rəsmi açılış mərasimi Hydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında baş tutub. Sonra qonaqlar parkın ərazisində xurma ağacları əkib, xurmadan hazırlanmış kompozisiyalara və kulinariya məhsullarına baxaraq, rayonda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsulları ilə tanış olublar.

Parkda, həmçinin xurmadan hazırlanan məhsulların - doşab və müxtəlif şirniyyatların, tətbiqi sənət nümunələrinin satış yarmarkası təşkil olunub, xurmaya aid ekspozisiyalar sərgilənib. Festivalda yerli folklor kollektivləri və idmançılar çıxış ediblər.

Festival konsert proqramı ilə davam edib.

Xezerxeber.az-ın məlumatına görə,

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar