Xəzər Xəbər

Yeni model üzrə ilk sınaq imtahanı keçirildi - Nəticələrin açıqlanacağı vaxt elan olundu - VİDEO

Veb TV | 20:02 • 28 Oktyabr 2018
Yeni model üzrə ilk sınaq imtahanı keçirildi -

Bu gün abituriyentlər ilk dəfə olaraq yeni təhsil proqramları üzrə sınaq imtahanı veriblər.

Xezerxeber.az-ın məlumatına görə, qeydiyyatdan keçən 6 min 600 şagird bu gün ilk dəfə yeni təhsil proqramları üzrə sınaq imtahanı veriblər.

Dövlət İmtahan Mərkəzi tərəfindən ölkənin 10 şəhər və rayonunda - Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində imtahanlar keçirilib.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib ki, sınaq imtahanları qəbul imtahanı modelinə uyğun keçirilib.

Situasiya tipli sullarda variantlar təqdim olunmadığından abituriyentlər verilən mətnə uyğun yazılı şəkildə cavab verməlidirlər.

İmtahanda iştirak edən abituriyentlər imtahanda çətin sualların olduğunu da bildiriblər.

Sınaq imtahanının cavabları 10 gündən sonra bəlli olacaq.

Qeyd edək ki, yeni imtahan modelində hər qrup üzrə 3 imtahan fənni nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Pomidor ucuzlaşıb VİDEO
19:34 • 1 Oktyabr 2024