Xəzər Xəbər

Qış təkərlərinə tələbat artıb - VİDEO

Veb TV | 20:02 • 28 Oktyabr 2018
Qış təkərlərinə tələbat artıb -

Havaların soyuması avtomobillər üçün qış təkərlərinə tələbatı artırıb.

Xezerxeber.az-ın məlumatına görə, təkərlərin qiyməti 45 manatdan başlayır.

Satıcılarn sözlərinə görə, bazarlara təkərlər əsasən Çin və Koreyadan gətirilir. Ən çox tələb də elə bu ölkə istehsalı olan təkərlərədir. Buna səbəb həmin təkərlərin qiymətinin ucuz olmasıdır.

Çin istehsalı olan təkərlərin qiyməti 45 manatdan başlayır. Koreya təkərləri isə nisbətən bahadır.

Böyük ölçülü təkərlərin qiymətləri isə minimum 70 manatdır.

Amma bu ölkələrlə yanaşı, Yaponiya, Rusiya və Ukraynadan gətirilən təkərlər də satışda var. Yaponiya istehsalı olan təkərlər digərləri ilə müqayisədə daha keyfiyyətli hesab edildiyindən qiyməti də nəzərəçarpacaq dərəcədə bahadır.

Avtomobil ustaları isə mövümə uyğun təkərləri yeniləməyi mütləq hesab edirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Pomidor ucuzlaşıb VİDEO
19:34 • 1 Oktyabr 2024