Xəzər Xəbər

"Reket jurnalistika"ya qarşı mübarizə gücləndirilir - VİDEO

Veb TV | 20:01 • 28 Oktyabr 2018
"Reket jurnalistika"ya qarşı mübarizə gücləndirilir -

Vətəndaşlar barəsində rüsvayedici və böhtan xarakterli məlumatlar yayılır, bu üsulla müxtəlif şəxslərdən pul toplanılır.

Xezerxeber.az-ın məlumatına görə,Reallıq.info saytının rəhbəri İkram Rəhimovun Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılması "reket jurnalistika"ya qarşı mübarizəni daha da aktuallaşdırıb. Mətbuat Şurasının bununla yaydığı bəyanatdan belə aydın olur ki, il ərzində belə "reket jurnalistlər"ə xəbərdarlıqlar edilib. Görünür, xəbərdarlıqlara məhəl qoymayan, adını "jurnalist" qoyub, amma "reket"liklə məşğul olanlar hələ də var.

Mətbuat Şurası İdarə Heyətinin sədr müavini Müşfiq Ələsgərli bildirib ki, "reket jurnalistlər"lə bağlı il ərzində onlara müxtəlif iddialar, fərqli bölgələrdən şikayətlər daxil olub. Onun sözlərinə görə, Azərbaycanda mətbuatın hərtərəfli inkişafı üçün demokratik mühit olduğundan bəzi şəxslər sui-istifadə hallarına yol verirlər. Şuranın sədr müavini deyir ki, daxil olan şikayət əsasında "reketlik"lə məşğul olanlara xəbərdarlıqlar edilib. Bundan nəticə çıxaranlar da olur, çıxarmayanlar da. "Reketlik"lə məşğul olanların aqibəti isə heç də yaxşı olmur.

O vurğulayıb ki, "reket jurnalistika"sı ilə məşğul olanlara qarşı bundan sonra da ciddi mübarizə aparılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Pomidor ucuzlaşıb VİDEO
19:34 • 1 Oktyabr 2024