Xəzər Xəbər

Mingəçevirdə yanğın olub, 3 nəfər tüstüdən zəhərlənib - VİDEO

Veb TV | 19:39 • 28 Oktyabr 2018
Mingəçevirdə yanğın olub, 3 nəfər tüstüdən zəhərlənib -

Mingəçevirdə yanğın olub, nəticədə 3 nəfər tüstüdən zəhərlənib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə şəhərin Samux küçəsi 17-də yerləşən sürücülük məktəbinin binasında baş verib. Alov 20-yə yaxın məcburi köçkün ailəsinin məskunlaşdığı binanın birinci mərtəbəsində, sayğaclar quraşdırılan hissədə baş verib. Yanğın genişləndiyindən hadisə yerinə yanğınsöndürənlər çağırılıb, yanğın söndürülüb. Binanın ikinci mərtəbəsini bürüyən tüstü sakinlərin səhhətində narahatlıq yaradıb. 3 nəfər- Yaqut Vəliyeva, Aytən Həsənova və 3 yaşlı Səadət Vəlizadəyə təcili tibb yardım briqadası tərəfindən hadisə yerində yardım göstərilib.

Qeyd edək ki, yanğına naqillərdə yaranan qısaqapanmanın səbəb olduğu bidirlir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti

Çox oxunanlar