Xəzər Xəbər

Azərbaycanda camışların sayı azalır - VİDEO

Veb TV | 19:40 • 28 Oktyabr 2018
Azərbaycanda camışların sayı azalır -

Regionlarda son bir neçə ildə camış saxlayanların sayında azalma müşahidə edilir. Təsərrüfatçılar bunu həmin canlının daha çox ot, yemlə qidalanması ilə əlaqələndirlər.

Xezerxeber.az-ın məlumatına görə, camış saxlayanların fikirincə, bu iribuynuzlu heyvanların qış tədarükü üçün çəkilən xərəcə, 2-3 inək bəsləmək mümkündür. Su sevən heyvanın ətinə o qədər də tələbat olmasa da südü, qatığı baha olması ilə diqqət çəkir. Amma daha çox qamışla qidalanan canlıya Yevlaxın Hürüuşağı və Salahı kəndlərində maraq böyükdür. Kənd sakinlərinin sözlərinə görə, digər iribuynuzlularla müqayisədə camış çox qida qəbul edir, amma xəstəliyə az yoluxur. Həmçinin həmin kəndlərdə suyun bolluğu sözügedən heyvanın rahat bəslənməsinə şərait yaradır.

Qış fəsilinə dözümsüz olan canlı, soyuq aylarda əsasən qapalı şəraitdə saxlanılır. Camış 6-8 litr süd versə də, qatığının 1 litri 1m-1.20 qəpiyə satılır. Bazarda süd verən heyvanın qiyməti də bahadır.

Digər iribuynuzlulara nisbətən camış daha təhlükəli hesab edilir. Heyvanla düzgün rəftar edilmədikdə sağıcıya agır xəsarət də yetirə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar