Xəzər Xəbər

Yol qəzalarında 147 nəfər ölüb, 364 nəfər xəsarət alıb - 9 AYIN STATİSTİKASI - VİDEO

Veb TV | 19:52 • 28 Oktyabr 2018
Yol qəzalarında 147 nəfər ölüb, 364 nəfər xəsarət alıb -

Bu ilin 9 ayında paytaxda baş verən yol qəzalarında 147 nəfər ölüb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində keçirilən əməliyyat müşavirəsində idarənin rəis müavini Elxan Həsənov deyib.

Rəis müavininin sözlərinə görə, ilin əvvəlindən sentyabr ayına qədər Bakı şəhərində 430 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə də 147 nəfər ölüb. Bu qəzalarda 364 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Elxan Həsənov, həmçinin 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayının 4,4 faiz, xəsarət alanların sayının isə 7,1 faiz azadlığını deyib.

Bəs hərəkətin sıx olduğu küçə və prospektlərdə ölümlə nəticələnən qəzalara səbəb nədir?

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı qəzaların baş verməsinə səbəb kimi sürücülərin məsuliyyətsizliyini göstərir. O, aparılan araşdırma zamanı ölümlə nəticələnən qəzaların ən çox sürətin yüksək olduğu prospektlərdə qeydə alınıdığını deyir.

Qeyd edək ki, 9 ay ərzində sürət rəjiminə əməl olunmaması ilə bağlı 303.969, ötmə və manevr qaydalarının pozulması ilə əlaqədar 25,738, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə əlunması ilə bağlı isə 1,769 inzibati xəta aşkar edilib. Söhbət manevr qaydalarının pozulmasıdan düşmüşkən ekspert belə xətalara yol verən sürücülərin də ağır qəzalara səbəb olduğunu deyir.

İstənilən halda hava şəraitindən aslı olmayaraq sürət həddinə diqqət etmək lazımdır ki, belə xoşagəlməz hadisələr baş verməsin.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar