Xəzər Xəbər

Dərmanların keyfiyyətinə nəzarət gücləndirilir - QƏRAR VERİLDİ - VİDEO

Veb TV | 19:59 • 28 Oktyabr 2018
Dərmanların keyfiyyətinə nəzarət gücləndirilir -

Ölkəmizdə dövlət xəstəxanalarında istifadə edilən dərman preparatlarının keyfiyyət və effektivliyinə nəzarət gücləndirilir.

Xezerxeber.az-ın məlumatına görə, Nazirlər Kabinetinin qərari ilə bununla bağlı "Dövlət və bələdiyyə tərəfindən yaradilan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi"nə əlavələr edilib.

Əlavələrə əsasən müəssisə tərəfindən dərman vasitəsinin effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə məsul şəxs müəyyən ediləcək.

Məsul şəxs dərman vasitələrinin əlavə təsirləri və dərman vasitələrinin istifadəsi zamanı yaranan digər arzuolunmaz nəticələr barədə məlumatları, həmçinin farmakonəzarət üzrə məlumatları və hesabat sənədlərini Səhiyyə Nazirliyinə təqdim edəcək.

Həkim Rasim İbişov deyir ki, bu qərar dövlət tibb müəssisələri və dərman şirkətlərinin də məsuliyyət hissini artıracaq.

Yeni qaydaların tətbiqi ilə bağlı ətraflı məlumat ictimaiyyətə təqdim ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar