Xəzər Xəbər

“Lester” futbol klubunun sahibi vertolyot qəzasında həlak olub - VİDEO

Veb TV | 11:06 • 28 Oktyabr 2018
“Lester” futbol klubunun sahibi vertolyot qəzasında həlak olub -

İngiltərə Premyer Liqasında çıxış edən "Lester Siti" futbol klubunun sahibi Vişay Şrivaddanaprabha vertolyot qəzası nəticəsində ölüb.


"Sky Sports" telekanalı xəbər verir ki, ilkin məlumata görə, vertolyot idarəetməni itirib və "Kinq Pauer" stadionu yaxınlığında qəzaya uğrayıb.


Klub nümayəndələri tərəfindən hadisə ilə bağlı hələ ki, heç bir rəsmi münasibət bildirilməyib.


Vişay Şrivaddanaprabha "King Power Duty Free" gömrüksüz ticarət mağazalar şəbəkəsinin təsisçisi və baş direktorudur. O, 2011-ci ildə "Lester Siti" klubunu alıb və komanda 2016-cı ildə İngiltərə çempionu olub.



Xəbər lenti

Çox oxunanlar