Xəzər Xəbər

Yasamalda yarmarka fəaliyyətə başladı VİDEO

Veb TV | 20:25 • 27 Oktyabr 2018
Yasamalda yarmarka fəaliyyətə başladı

Bakıda fərqli formada satış həyata keçirilən yarmarka fəaliyyəti başlayıb.

"Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq səhmdar cəmiyyəti tərəfindənYasamal rayonu Hüseyn Cavid prospektində kənd təsərrüfatı məhsullarınınyarmarkası təşkil edilib. Bazarlardan və digər yarmarkalardan fərqli olaraq burda alıcılar satışa çıxarılan məhsulların arasından istədiyini seçir və ödənişi ən sonda kassaya edir.

Nicat Nəsirlinin sözlərinə görə, bu üsul müştərilər üçündaha rahatdı.Yarmarkada satışa çıxarılan məhsullar isə topdan satış qiymətinə yaxındı.Qarşıdakı həftələrdə yarmarkanın gündəlik təşkil edilməsi də nəzərdə tutulur.

Yarmarkanın birinci günü alıcı sıxlığı ilə müşahidə edilirdi. Alıcıların sözlərinə görə, bəzi məhsulların qiymətibazarlardan ucuzdu.

"Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq səhmdar cəmiyyətinin Nümayəndəsi Nicat nəsirlinin sözlərinə görə,yarmarka məhsullarınıbirbaşa bazaar çıxara bilməyən satıcıların işini daha da asanlaşdırır.Satıcılar isə bu il məhsulun bol olduğunu, yerində alıcısının isəaz olduğunu bildirir.

Bundan sonra da Bakının digər rayonlarında bu tipli yarmarkaların təşkili nəzərdə tutulur.

Xəbər lenti