Təbii ki, reket jurnalistlərlə bağlı bu ilk fakt deyil, bu tip hadisələr bir daha göstərir ki belə hallarla mübarizə daha da güclənməlidir. Mətbuat Şurası dövlətin yaratdığı imkanlardan sui-istifadə edərək reketliklə məşğul olan şəxslərə xəbərdarlıq edir. Tələblərə məhəl qoymayanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək.
Reket jurnalistikasına qarşı mübarizə daha gücləndiriləcək.Azərbaycan Mətbuat Şurasının idarə heyətinin üzvü Azər Həsrət deyir ki, Azərbaycanda medianın inkişafı üçün hər cür şərait yaradılıb. Söz azadlığı ən yüksək səviyyədə təmin edilir. bu imkanlardan nəyinki sui istifadə edənlər var. Konkret cinayət əməli törədərək asan yolla pul qazananlar mövcuddur.
Azər Həsrət deyir ki, reket jurnalistlərlə bağlı Mətbuat Şurasına xeyli müraciətlər daxil olur. Reket jurnalistlər jurnalist adı altında tamamilə jurnalistikadan uzaq olan işlərlə məşğuldurlar
Azər Həsrətin sözlərinə görə Mətbuat Şurasının kiməsə cəza vermək kimi səlahiyyəti yoxdur. Amma bu o demək deyil, reket jurnalistlərə qarşı heç bir tədbir görülməyəcək.
Azər Həsrət bildirib ki, şuraya daxil olan müraciətlərlə bağlı adətən həmin qurumlara xəbərdarlıq edilir və onlar düzgün fəaliyyət göstərməyə dəvət edilirdi. Amma görünür daha sərt addımlar atılmalıdır. Ona görə də bu tip müraciətlər hüquq mühafizə orqanlarına yönləndiriləcək.