Xəzər Xəbər

Şimal və şimal-qərb bölgələrinə qar yağdı VİDEO

Veb TV | 20:45 • 27 Oktyabr 2018
Şimal və şimal-qərb bölgələrinə qar yağdı

Ötən gecədən başlayaraq ölkənin bəzi bölgələrinə qar yağıb. Şimal bölgəsində yaşayış məntəqəsində qarın qalınlığı 20 santimetrə çatıb. Şimal-qərb bölgəsində isə qar dağlıq ərazilərə yağıb.

Şimal və şimal-qərb bölgələrinə qar yağdı.

Ötən gecədən başlayaraq səhərədək Quba və Qusarın bir sıra dağlıq yaşayış məntəqələrinə qar yağıb. Quba Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata görə, ən çox yağıntı Qusarın Ləzə kəndinə düşüb. Burada qarın hündürlüyü 20 santimetrə çatıb.

Qarın qalınlığı Qubanın Xınalıq kəndində 18, Qırız kəndində isə 15 santimetr təşkil edib. Hava şəraitinin dəyişməsi ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 3 dərəcəyədək düşüb

Şimal-qərb bölgəsinə, xüsusilə də Böyük Qafqaz dağlarının cənub ətəyinin Şəki, Qax, Zaqatala və Balakən rayonlarına düşən hissəsinə ilk qar yağıb.

Oktyabrın 25-dən 26-ə keçən gecədən başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb. Bölgəyə fasilələrlə yağış yağıb, düzənlik ərazilərdə havanın hərarəti müsbət 8 dərəcəyə qədər düşüb.

Xəbər lenti