Xəzər Xəbər

Bərdədə evlərdən silsilə oğurluq edən dəstə saxlanılıb VİDEO

Veb TV | 18:47 • 27 Oktyabr 2018
Bərdədə evlərdən silsilə oğurluq edən dəstə saxlanılıb

Bərdədə oğurluqla məşğul olanşəxslərsaxlanılıb. Dəstə üzvləri mənzillərdən pul, qızıl-zinət əşyaları və məişət avadanlıqları aparıblar.

Mənzillərdən oğurluq edən dəstə saxlanılıb.

Bərdə polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Zamin Qurbanlı, Həsən Allahverdiyev və Tamerlan Yusiflinin son 2 ayda bir neçə həmyerlilərinin evini qarət etdiyi məlum olub. Onların hər üçü saxlanılaraq istintaqa cəlb edilib. Saxlanılan şəxslər evləri əvvəlcədən müəyyən etdiklərini və mənzillərə pəncərədən daxil olduqlarını bildiriblər.

Dəstə üzvləri mənzillərdən pul, qızıl-zinət əşyaları və məişət avadanlıqları aparıblar. Onlar oğurldıqları əşyaları sataraq pulunu bölüblər. Ev sahiblərinə ümumilikdə 4500 manat məbləğində maddi ziyan dəyib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti

Çox oxunanlar