Xəzər Xəbər

Cəlilabadda yaşlı kişini torpağa görə döydülər VİDEO

Veb TV | 18:25 • 27 Oktyabr 2018
Cəlilabadda yaşlı kişini torpağa görə döydülər

Cəlilabad rayonunda qohumlar arasında torpaq sahəsi üstündə kütləvi dava düşüb.

Rayonun Təklə kəndində baş verən dava zamanı 1961-ci il təvəllüdlü İbişov Səftər Səttar oğlu qayınının oğlanları tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıb.

Yaralı yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Gəncədə gənc oğlanı maşın vuraraq öldürüb.

Xəbər lenti

Çox oxunanlar