Xəzər Xəbər

Gəncədə gənc oğlanı maşın vuraraq öldürdü VİDEO

Veb TV | 18:00 • 27 Oktyabr 2018
Gəncədə gənc oğlanı maşın vuraraq öldürdü

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəhərin Nizami Gəncəvi prospektində yolu keçmək istəyən 1993-cü il təvəllüdlü yerli sakin Talıbov Tural Zakir oğlunu avtomobil vurub.

Ağır bədən xəsarətləri alan yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar