Xəzər Xəbər

Yerevan öz qapılarını cinsi azlıqların üzünə açır VİDEO

Veb TV | 20:45 • 26 Oktyabr 2018
Yerevan öz qapılarını cinsi azlıqların üzünə açır

Noyabrın 15-18-də İrəvanda LGBT federasiası - yəni dünyadakı bütün cinsi azlıqların hüquqlarını müdafiə edən təşkilatın forumunun keçiriləcəyi elan olunub. Məlumata görə, foruma Şərqi Avropa və Mərkəzi Asiya böləgsəindəki azlıqların nümayəndələri qatılacaq.

Bu cür qalmaqallı və təxribata açıq olan bir forumun keçirilməsinə hazırki hökumət - şəxsən baş nazir Nikol Paşinyan yaşıl işıq yandırıb. Hələ bununla bağlı məsələ parlamentdə müzakirəyə çıxarılan zaman deputat Gevork Petrosyan belə tədbirin Ermənistanın həm milli maraqları, həm də mental dəyərləri üçün təhlükəli olduğunu bildiirb. Paşinyan isə məsələ ilə bağlı narahatlığa ehtiyac olmadığını deyib, ardınca isə xaricdə yaşayan erməni bir geyin ona müraciətini təəssüflə xatırlayıb. Dediyinə görə, həmin cinsi azlığa ölkəsinə qayıtmağı təklif etsə də, razılaşmayıb. Həmin şəxs deyib ki, guya ermənistanda azlıqlar təzyiq və təqiblərə məruz qalır.

Hazırki mənzərə isə bu ölkədə geylərə münasibətin heç də mənfi olmadığını göstərir. Məsələn, 12-14 oktyabr tarixlərində Tsaqadzor şəhərində 4-cü beynəlxalq "Göyqurşağı" forumu keçirilməsini bir çox mənbələr təsdiqləyib. Elə erməni mediasının yazdığı xəbərlərdə qeyd olunub ki,Tədbirə LGBT icmasının üzvləri və tərəfdarları - ümumilikdə 64 iştirakçı qatılıb. İlk dəfə olaraq, müzakirələrə cinsi azlıqların ailələri də iştirak ediblər. Forumda homoseksual övladların ailələrdə üzləşdikləri problemlər və çətinliklər müzakirə olunub. Amma forum ictimaiyyətdən gizli saxlanılıb.

Yerevanda fəaliyyət göstərən PİNK Armenia təşkilatının sədri Mamikon Hovsepyanın araşdırmasına görə, Ermənistanda hazırda təxminən 10 LGBT təşkilatı fəaliyyət göstərir. Onlar 7-si gizli 3-ü isə açıq fəaliyyətlə məşğuldur.

Cinsi azlıqların ən böyuk maneəsi kilsədir. Erməni katalikoslar dəfələrlə açıq şəkildə, hoomoseksualizmin xristianlıq və ermnilərin mənəvi dəyərlərinə zidd olduğunu vurğulayıblar. Amma hazırki hökumətin kilsə rəhbərliyi ilə münasibətlərinin ürəkaçan olmadığı da hamıya məlumdur.

Bu forum Ermənistan hökumətilə Soros fondu arasındakı gizli əməkdaşlığı da gün üzünə çıxarır. Məlum olub ki, Arkus və Soros fondunun ayırdıgı maliyyə yardımını Ermənistan rəhbərliyi gey və lezbyanlarla birgə bölüşdürmək barədə razılıga gəliblər.

Xatırladaq ki, baş nazır Nikol Paşinyanın komandasında da geylərtəmsil olunur. Təkcə bir faktı deyəki, Smbat Qoqyan Paşinyan tərəfindən Elm və Təhsil Nazirliyinin Ali Attestasiya Komissiyasının sədri təyin edilib. Ermənilərin özləri də onu gey, faşist və manyak adlandırırlar.

Hökumətə müxalif olan siyasi ekspertlər bəyan edirlər ki, Ermənistan rəhbərliyi bu dəfə mənəvi dəyərləri qrantlara dəyişir. Erməni cəmiyyəti nəhayət ki, bunu anlayıb hakimiyyətə qarşı etirazlarını bildirməli və tədbirin baş tutmasına imkan verməməlidir.

Xəbər lenti

Çox oxunanlar