Xəzər Xəbər

Dmitri Savelyev : Azərbaycanın aktiv fəaliyyəti erməni yalanlarını ıfşa etdi - VİDEO

Veb TV | 20:55 • 26 Oktyabr 2018
Dmitri Savelyev

"Aprel döyüşləri əsnasında erməni mediası bütün dünyaya yalan məlumatlar verməklə silahlı qarşıdurmanın əsas səbəblərini başqa istiqamətə yönləndirməyə çalışırdı. Ancaq Azərbaycanın aktiv fəaliyyəti nəticəsində bunun qarşısı alındı". Bu sözləri VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid" adlı sessiyada çıxışı zamanı Rusiyalı deputat Dmitri Savelyev deyib. O, yanlış informasiyanı neytrallaşdırmaq üçün operativ və peşəkar medianın gücünün artmasının vacibliyinə diqqət çəkib.

Rusiyalı deputat öz ölkəsində Dağlıq Qarabağ həqiqətlərinin daha geniş yayılmasını təmin etmək üçün bu ölkədə yaşayan Azərbaycanlıların mediaya maraqlarının artırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, erməni yalanlarının qarşısını almaq üçün tək yol budur.

Dmitri Savelyev Dağlıq Qarabağ münaqişəsindən danışaraq bu ərazinin, eləcə də ətrafdakı 7 rayonun da beynəlxalq hüququn tələbi kimi Azərbaycana qaytarılmalı olduğunu bildirib. O, bu məqsədə çatmaq üçün medianın gücünün daha da artırılmasına ehtiyac olduğunu vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar