Xəzər Xəbər

Kərəm Həsənov həmkarlarını Bakıya topladı VİDEO

Veb TV | 20:07 • 26 Oktyabr 2018
Kərəm Həsənov həmkarlarını Bakıya topladı

Azərbaycanın strateji əhəmiyyətini nəzərə alaraq əksər dövlətlər onunla əməkdaşlığa can atır.

Bu fikirlər Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin 6-cı iclasında səsləndirilib. Tədbirin əsas məqsədi üzv ölkələr arasında özəlləşmə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin və müzakirələrin aparılması, uğurlu layihələrin birgə icrası, o cümlədən iqtisadiyyatın bu sahəsinə investisiyaların cəlb edilməsidir. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Azərbaycanda özəlləşdirmə və əmlak qeydiyyatı sahəsində aparılan islahatlar barədə məlumat verib. Bildirilib ki, bu sahənin modernləşdirilməsi, müasir idarəetmə standartlarının tətbiqi, o cümlədən dövlət-özəl tərəfdaşlığının qurulması istiqamətində uğurlu nəticələr əldə edilib.

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Hadi Süleymanpurölkədə iqtisadi və özəlləşdirmə sahəsində həyata keçirilən islahatları yüksək qiymətləndirib.

Sonra Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin 6-cı iclasının sədri seçilib. Tədbir çərçivəsində Təşkilata üzv ölkələrin aidiyyəti qurum rəhbərlərinin çıxış və təqdimatları olub. Sonda iclasın nəticəsi olaraq "Özəlləşdirmə üzrə Bakı Bəyanatı"qəbul olunub.

Xəbər lenti

Çox oxunanlar