Xəzər Xəbər

Nazirlik məhşur restoranları məhkəməyə verir VİDEO

Veb TV | 20:34 • 26 Oktyabr 2018
Nazirlik məhşur restoranları məhkəməyə verir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) 9 iaşə obyektinin fəaliyyətinin dayandırılması üçün məhkəmə orqanları qarşısında vəsatət qaldıracaq.

XəzərXəbər xəbər verir ki, bunu nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov deyib.


Onun sözlərinə görə, ETSN tərəfindən müasir standartlara cavab verən təmizləyici qurğuları olmayan iaşə obyektlərinin sahiblərinəhavaya atdıqları tüstü və qoxuya görə verilən vaxtdan artıq 5 ay keçib:


"Bu proses may ayından başlayıb və bu günədəkBakışəhərinin inzibati ərazisində vəAbşeronrayonunda yerləşən 301 ictimai iaşə obyektinin fəaliyyət göstərdiyi ərazilərdə Nazirliyin mütəxəssisləri tərəfindən monitorinqlər aparılıb, atmosferdənhavanümunələri götürülüb və atmosferə atılan zərərli qaz birləşmələrinin miqdarının yol verilən qatılıq həddindən dəfələrlə artıq olduğu müəyyən edilib ki, bu dahavanın lokal xarakterli çirklənməsinə və əhalinin haqlı narazılığına səbəb olur. Bununla bağlı Nazirlik tərəfindən obyekt sahiblərinə müasir standartlara cavab verən təmizləyici qurğular quraşdırılması məqsədilə müddətli "məcburi göstəriş”lər verilib. Xeyli vaxt keçməsinə baxmayaraq, bu günə qədər yalnız 53 ictimai iaşə obyektində müasir qaz-toztutucu qurğular quraşdırılıb, 180 obyektdə quraşdırma işləri aparılır. Ötən 5 ay ərzində hər bir obyekt sahibi təmizləyici qurğu quraşdıra bilərdi. Lakin artıq bu müddət bitdiyi üçün 58 obyekt barəsində qanunamüvafiq tədbirlər görülüb, akt və protokol tərtib olunub, cərimə tətbiq edilib. 9 obyektin fəaliyyətinin dayandırılması üçün isə məhkəmə orqanları qarşısında vəsatət qaldırılması məqsədilə sənədləşmə işləri aparılır".


Bağlanması planlaşdırılan 9 iaşə obyekti bunlardır:Yasamal rayonunda yerləşən "Filiz Palace”, Binəqədi rayonundakı "Tərlan”, "Wite Palace”, Nizami rayonundalı "Milord”, "Xəmsə”, "Dan ulduzu”, Xətai rayonundakı "Neapol”,Suraxanırayonundakı "Turan”, Sabunçu rayonundakı "Arzu”

Qeyd edilib ki, bu istiqamətdə monitorinq və araşdırmalar davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar