Xəzər Xəbər

Bu dəfə 60 ağac aşdı, arasında qiymətli ağaclar da var... VİDEO

Veb TV | 20:52 • 26 Oktyabr 2018
Bu dəfə 60 ağac aşdı, arasında qiymətli ağaclar da var...

Ötən gündən etibarən əsən güclü külək Bakıda və bəzi rayonlarda ağacların aşmasına səbəb olub. Paytaxtda aşan ağacların arasında qorunub saxlanılanlar da olub. Cəlilabadda daküləyin fəsadları ağır olub.Burada ağac ələt-astara magistral yolunun üzərinə aşırıb.

Güclü külək nəticəsində paytaxt ərazisində 60-dan çox ağac aşıb. Aşan ağacların arasında illərdir qorunub saxlanan ağaclar da var.

Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib ki, ağacların aşması ilə bağlı müraciətlər daha çox Yasamal, Səbail, Nəsimi və Xətai rayonlarından daxil olub. Onun sözlərinə görə, aşan ağaclar arasında qorunub saxlanılan eldar şamı, sərv və göyrüş ağacları da var. Bununla yanaşı, 6 dekorativ ağac da aşıb. Xoşbəxtlikdən aşan ağaclar ətrafda olan insanlara, yaşayış obyektlərinə və avtomobillərə ziyan vurmayıb. Bununla belə Yaşıllaşdırma Təsərrüfatı Birliyi güclü küləklə bağlı sürücülərə xəbərdarlıq edib və onlara avtomobillərini ağacların altında saxlamamaları tövsiyyə olunub.

Güclü külək rayonlarda da bir sıra fəsadlar törədib. Ələt-Astara magistral yolunun Cəlilabaddan keçənhissəsində palıd ağacı yola aşıb. Nəticədə yolun bir hissəsində avtomobillərin hərəkətində bir müddət məhdudiyyət yaranıb. Müvafiq qurumlar tərəfindən ağac yoldan kənarlaşdırılıb və avtomobillərin hərəkəti bərpa edilib.

Salyanda da restoranların birinin ərazisində hündürlüyü 70-80 metr olan 90 illik iki qovaq ağacı aşıb. Hadisə zamanı xəsarət alan olmasa da, ərazidəkikoteclərdən birinin dam örtüyü zədələnib. Hazırda həmin ərazilərdə daha bir neçə ağacın aşmaq təhlükəsi var.

Xəbər lenti

Çox oxunanlar