Xəzər Xəbər

VI Bakı Beynəlxalq Humanitar Forumu başa çatdı VİDEO

Veb TV | 19:49 • 26 Oktyabr 2018
VI Bakı Beynəlxalq Humanitar Forumu başa çatdı

VI Bakı Beynəlxalq Humanitar Forumunda bugün də bir-birindən maraqlı panellər təşkil edilib, qızğın müzakirələr aparılıb.

Gələcəyə sərmayə : Davamlı və İnklüziv İnkişafa Doğru panelində çıxış edən təhsil naziri Ceyhun Bayramov ölkəmizdə təhsilə qoyulan sərmayənin ildən-ilə artıdığını vurğulayıb. Təhsil Naziri son illərdə ölkəmizə gələn xarici tələbələrin sayında da əhəmiyyətli dərəcədə artım olduğunu vurğulayıb

Paneldə çıxış edən AMEA prezidenti Akif Əlizadə qeyd edib ki, Bakı Beynəlxalq Humanitar Forumuna dünya səviyyəsində maraq göstərilir.Bu Forumun birbaşa Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirildiyini xatırladan AMEA prezidenti əlavə edib ki, ictimai tərəqqinin əsas təkanverici qüvvəsi elmdir. Elm cəmiyyətin problemlərinin həllinə çox kömək edə bilər.

Forum çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi ətrafında bir neçə mövzu üzrə müzakirələr həyata keçirilib.Çıxış edən Milli Məclisin vitse- spikeri Bahar Muradova qonaqlara Azərbaycanın qarşılaşdığı Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib və ölkəmizin 1 milyondan çox məcburi köçkünün məişət və həyat şəraitinin yaxşılaşdırılması üçün daim çalışdığını bildirib.

''Bakı Prosesi: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf perspektivləri'' adlı paneldə çıxış edən Mədəniyyət Naziri Əbülfəs Qarayev qeyd edib ki, Humanitar Forum ilk dəfə Azərbaycan və Rusiya prezidenlərinin birgə təşəbbüsü ilə keçirilib.''Bu təşəbbüs artıq bütün hüdudları keçərək beynəlxalq tədbir statusu alıb və mötəbər təşkilatlar tərəfindən dəstəklənir''-deyə nazir vurğulayıb. Onun sözlərinə görə belə forumun keçirilməsi bir daha sübut edir ki,Azərbaycan münaqişələrin həlli yollarının müzakirə olunduğu məkana çevrilib.

Müzakirələrin sonunda Forumun yekunlarına dair bəyannamə qəbul edilib. Bəyannamədə qeyd olunur ki, forumun işi əməkdaşlığın genişlənməsinə və inkişafına töhfə verəcək.Forum iştirakçıları bu tədbirin yalnız insan potensialı və insan kapitalının inkişafına qoyulan sərmayələrin, dövrümüzün çağırışlarına tutarlı cavablar tapılmasının ən mühüm şərti olmaqla, həyat keyfiyyətinin yüksəldilməsinə yönəlmiş idarəetmə, istehsalat, elmi və informasiya-kommunikasiya texnologiyalarının təkmilləşdirilməsini təmin etdiyini düşünür.

Xatırladaq ki budəfəkiForuma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.

Xəbər lenti

Çox oxunanlar