Xəzər Xəbər

Azərbaycan ABŞ üçün strateji əhəmiyyətə malik ölkədir VİDEO

Veb TV | 19:45 • 26 Oktyabr 2018
Azərbaycan ABŞ üçün strateji əhəmiyyətə malik ölkədir

Con Boltonun səfəri Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin inkişafı üçün əlverişli imkanlar yaradır.

ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Cənubi Qafqaz ölkələrinə səfərinin yekunları ilə bağlı açıqlamalarında daha çox Azərbaycanın adını çəkib, öz Tvitter hesabında da Azərbaycana və prezidentə xüsusi təşəkkür edib.Millət vəkili Rasim Musabəyov deyir ki, Azərbaycan Birləşmiş Ştatlar üçün strateji əhəmiyyətə malik bir ölkədir. Keçirdiyi mətbuat konfranslarında, müsahibələrində də Con Bolton Azərbaycanla əlaqələrin ABŞ üçün yüksək prioritet təşkil etdiyini vurğulayıb və Azərbaycanı ABŞ-ın bölgədə əsas tərəfdaşı adlandırıb.

Con Bolton Ermənistanda olan zaman bildirib ki, yalnız Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi ilə Ermənistanın dayanıqlı və suveren dövlət kimi inkişafı mümkündür. Azərbaycan da dəfələrlə bu mövqeni ifadə edib ki, Ermənistanın normal dövlət kimi inkişafı yalnız Qarabağ münaqişənin həllindən sonra mümkündür.

Bu arada Con Bolton Azərbaycana səfəri zamanı müxalifət nümayəndələri ilə görüşmək təşəbbüsündə də olmayıb. Bu da müxalifətin mövcud vəziyyətinə ABŞ və Qərb tərəfindən verilmiş qiymət kimi dəyərləndirilməlidir. Artıq müxalifətin Azərbaycandakı daxili proseslərə, ictimai rəyə heç bir təsiri olmadığı Qərb tərəfindən nəzər alınır və onlar bütün əməkdaşlıq perspektivlərini iqtidarla bağlayırlar.

Con Boltonununaçıqlamalarında Qərbin bəzi institutları tərəfindən digər ölklərə təzyiq vasitəsi kimi istifadə edilən "demokratiya", "insan haqları", "söz azadlığı" kimi klişelərdən istifadə etməməsi də diqqət çəkib. Əksinə o,mənsub olduğu administrasiyanın başqa ölkələrinin seçimlərinə və suverenliyinə hörmətlə yanaşdığını qeyd edib, öz ölkəsinin kiməsə mühazirə oxumaq fikrində olmadığını bildirib.

Rasim Musabəyov deyir ki, Cənubi Qafqazda heç bir dövlət Azərbaycanla müqayisə oluna bilməz.

Xəbər lenti

Bakıda obyektdə YANĞIN VİDEO
18:40 • 28 Sentyabr 2024