Xəzər Xəbər

Bakıda 19 yaşlı gəncdən riskli hərəkətlər - Bu hərəkətləri təkrarlamağınız məsləhət deyil - VİDEO

Veb TV | 20:59 • 26 Oktyabr 2018
Bakıda 19 yaşlı gəncdən riskli hərəkətlər -

19 yaşlı gəncin etdiyi hərəkət bir anda sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Hündür binalardan birinin damına çıxan gənc akrobatik hərəkətlə digər binanın damına tullanıb. Sosial şəbəkələrdə hamı bu gəncin kimliyi ilə maraqlandığından "XəzərXəbər” həmin gənci tapıb. Əvvəlcədən xəbərdarlıq edirik ki, izləyəcəyiniz hərəkətləri təkrar etmək məsləhət deyil.

Gənc oğlan əvvəlcə binalar arasındakı məsafəyə diqqət yetirir.

Daha sonra isə bir neçə metr geri gedərək, özündə güc toplayıb sürətlə qaçmağa başlayır.

Sonda isə bu risqli hərəkət gerçəkləşir. Gənc hündür binaların birinin damından digərinə olan 4 metrlik məsafəni akrobatik hərəkətlə keçir.

Sosial şəbəkələrdə paylaşanbu video qısa vaxtda böyük müzakirələrə səbəb olub. Araşdırmamız zamanı məlum oldu ki, həmin gənc paytaxt sakini 19 yaşlı, 3-cü kurs tələbəsi Fərid Hüseynovdur. O, əvvəllər bir neçə ekstrimal hərəkətlər edib. Ən risqlisi və diqqət çəkəni isə bu dəfəki olub.

Bu hərəkətlər akrobatik ekstremal hesab edilən parkur idman növünə aiddir. Burada divar, baryerlər, ağaclar və pilləkənlərdən maneə kimi istifadə olunur. Qaçış, dırmanma, yellənmə, tullanma kimi hərəkətlərdən istifadə edərək bu maneələr mümkün qədər effektli və sürətlə keçilir.

Fərid Hüseynov etdiyi risqli hərəkətləri başqalarına tövsiyyə etmir. Onun sözlərinə görə, bu hərəkətlər üçün əzmlə, uzun müddət məşq etmyə ehtiyac var.

Müsahibimiz məqsədinin həm də gələcəkdə bu idman növü üzrə Azərbaycanı yarışlarda təmsil emtək olduğunu deyir.

Xəbər lenti

Bakıda obyektdə YANĞIN VİDEO
18:40 • 28 Sentyabr 2024