Xəzər Xəbər

Anar Həsənovun başına maraqlı hadisə gəlib - Avtomobilin sənədləri saxtalaşdırılaraq mənimsənildi - VİDEO

Veb TV | 20:58 • 26 Oktyabr 2018
Anar Həsənovun başına maraqlı hadisə gəlib -

Bərdə sakini Anar Həsənovun başına maraqlı hadisə gəlib. Onun atasının adına olan avtomobilin sənədləri saxtalaşdırılaraq mənimsənilib. Məsələ burasındadır ki, Anar Həsənovun atası bir müddət əvvəl vəfat edib. Görünür, bu işi görənlərfaktı fürsət biliblər.

Dünyasını dəyişmiş şəxsin avtomobili, sənədləri saxtalaşdırılaraq mənimsənilib..

Hadisə Bərdədə baş verib. Rayon sakini Anar Həsənov deyir ki, borclarını ödəmək üçün avtomobilini satmaq istəyib. Lakin avtomobil vəfat etmiş atasının adına olduğundan satmaq hüququ olmayıb. Ona görə də o, müştəri ilə şifahi şəkildə razılaşıb. Sözləşmə əsasında 2500 manata satılan maşının 1000 manatını əvvəlcədən alıb və avtomobili Ağcabədi rayon sakininə verib. Pulun geridə qalan hissəsini isə etibarnamə verdikdən sonra almalı imiş.

Onlar belə qərara gəliblər ki, atası öldükdən 6 ay sonra vərəsəlik hüququndan istifadə etməklə Anar avtomobilə etibarnamə verəcək. Bir müddət sonra isə avtomobili alan Bəxtiyar Əliyev Anar Həsənova zəng vuraraq, gözləməyə ehtiyac qalmadığını və sənədləri özü düzəltdiyini bildirib. Müxtəlif vaxtlarda pulun bir hissəsini də alan Anar qalan məbləği ondan istəyib.

Məsələ ilə bağlı Anar Həsənov aidiyyatı orqanlara müraciət edib. Məlum olub ki, onun atasının adından saxta etibarnamə düzəldilərək avtomobil satılıb və yeni texniki pasport alınıb.

Baş Dövlət yol polisi idarəsinin Ağcabədi regional qeydiyyat, imtahan - texniki baxış şöbəsindən "XəzərXəbər”ə bildirildi ki, Anar Həsənovun müraciətindən sonra onlar da sənədin saxta olması barədə şübhəyə düşüblər. Ona görə şöbə də vətəndaş ilə birgə rayon prokurorluğuna müraciət edib. Artıq fakt üzrə rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər lenti

Bakıda obyektdə YANĞIN VİDEO
18:40 • 28 Sentyabr 2024