Xəzər Xəbər

Çində qadın bağçaya hücum çəkdi: 14 uşaq yaralanıb - VİDEO

Veb TV | 15:31 • 26 Oktyabr 2018
Çində qadın bağçaya hücum çəkdi:

Çinin Çunçin şəhərində mətbəx bıçağı ilə silahlanmış qadın bağçaya hücum çəkib və 14 uşağı yaralayıb. 

Bu barədə yerli polis idarəsindən bildirilib.

Məlumata görə, 39 yaşlı şübhəli cümə günü səhər uşaqlar səhər gimnastikasından gələrkən hücum çəkib.

Təhsil müəssisəsinin əməkdaşları və mühafizə qadını saxlaya biliblər, hadisə yerinə gələn polislər onu həbs ediblər.

Onun motivləri bəlli deyil. İstintaqa başlanılıb./faktxəbər

Xəbər lenti

Çox oxunanlar