Xəzər Xəbər

Möhsün Yazıçıoğlunun xanımı Dəstiçiyə hücum çəkdi, partiya sədri yumruqlandı: "Əxlaqsız, sən bura...” - VİDEO

Veb TV | 14:37 • 26 Oktyabr 2018
Möhsün Yazıçıoğlunun xanımı Dəstiçiyə hücum çəkdi, partiya sədri yumruqlandı:
Türkiyənin Böyük Birlik Partiyası sədrinə hücum ediblər.

Türkiyənin Qəhrəmanmaraş məhkəməsində partiya sədri Mustafa Dəstiçi ilə partiyanın qurucusu, helikopter qəzasında ölmüş Möhsün Yazıçıoğlunun ailəsi arasında dava düşüb.

M.Yazıçıoğlunun xanımı Güləfər Yazıçıoğlu məhkəmə zalına daxil olmuş M.Dəstiçinin üzərinə gələrək, yanındakı qadını da göstərib və "buradan qalxın!” deyib.

Partiya qurucusunun qardaşı Yusif Yazıçıoğlu isə "əxlaqsız, sən bura nə üzlə gəlmisən?” deyərək qışqırıb.

Həmçinin M.Yazıçıoğlunun oğlu Furqan Yazıçıoğlu da Dəstiçiyə kəskin münasibət bildirib.

Olay zamanı Dəstiçiyə yumruq vurulduğu da iddia olunub.

Hadisə barədə danışan Dəstiçi, yanlış anlaşılma olduğunu, bilərəkdən zala girmədiyini deyib.

Daha sonra partiya üzvləri ilə Mustafa Dəstiçinin arasında qalmaqal yaşanıb. O, maşınına minərək uzaqlaşıb.

Güləfər Yazıçıoğlu Möhsün Yazıçıoğlu məsələsinin adi qəza yox, sui-qəsd olduğunu iddia edərək, araşdırma aparılmasını tələb edir.




AzNews.az

Xəbər lenti

Çox oxunanlar