UEFA Avropa Liqasının III turu çərçivəsində "Qarabağ” və Ukraynanın "Vorskla” komandaları arasında oyun qonaqların qələbəsi ilə başa çatıb.
Xezerxeber.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda oynanılan qarşılaşmanın 48-ci dəqiqəsində "Vorskla”nın 10 nömrəli oyunçusu Vladislav Kulaç topu "Qarabağ”ın qapısından keçirib - 0:1.
"Qarabağ”ın futbolçuları bir neçə dəfə hesabı bərabərləşdirməyə yaxın olsalar da, bu imkanlardan istifadə edə bilməyiblər.