Xəzər Xəbər

VI Bakı Humanitar Forumunda qlobal məsələlər müzakirə edilir VİDEO

Veb TV | 20:56 • 25 Oktyabr 2018
VI Bakı Humanitar Forumunda qlobal məsələlər müzakirə edilir

VI Bakı Beynəlxalq Humanitar Forumu öz işini müxtəlif panellərlə davam etdirib. Panellərdə çıxış edən dövlət rəsmiləri və nüfuzlu xarici qonaqlar bəşəriyyəti narahat edən məqamlar və onların həlli yollarını müzakirə ediblər.

VI Bakı Beynəlxalq Humanitar Forumunda əhəmiyyətli mövzuların müzakirə edildiyi panellər keçirilib

"Təhsil və elm insan kapitalının inkişafı konteksində" panelində çıxış edən Təhsil Naziri Ceyhun Bayramov Azərbaycanın təhsil sahəsində müstəqillik dönəmində böyük uğurlar əldə etdiyini vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə texniki elmlərlə yanaşı humanitar elmlərə də marağın artırılmasının vacibliyinə diqqət çəkib. Akif Əlizadə müasir dövrdə insanların mədəni əlaqələrə daha çox ehtiyaclarının olduğunu bildirib.

''Dayanıqlı İnkişaf məqsədlərinin həyata keçirilməsində regioanl tərəfdaşlığın gücləndirilməsi'' panelində çıxış edən baş nazirin müavini Əli Əhmədov ölkəmizin dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi tədbirlərdən danışıb. O qeyd edib ki, ölkəmizdə 13-15 il ərzində əldə olunan nailiyyətlər BMT-nin 2030-cu il Dayanıqlı İnkişaf məqsədlərinə nail olmağa ümid yaradır.

Əli Əhmədov torpaqlarımızın 20 faizinin işğal altında olmasına diqqət çəkib.'' Həmin ərazilərdən ölkəmiz istifadə edə bilmir. Beynəlxalq ictimaiyyət səylərini səfərbər etməlidir ki, qaçqın və məcburi köçkün problemi, haqsızlıqlar, etnik təmizləmələr aradan qalxsın və beləliklə, 2030-cu ilə qədər dünyanın simasını dəyişmək mümkün olsun''-deyə o əlavə edib.

Qarabağ münaqişəsi ''Multikultralizm siyasəti cəmiyyətdə sabitliyin təminatı amili kimi'' panelində də müzakirə mövzusu olub. Burada çıxış edənn Şeyxülislam Allahşükür Paşazədə Ermənistanın işğalçı siyasətinin nəticələrindən danışaraq, məscidlərimizin qəsb edildiyini , ibadətgahlarımızın, qəbrlərimizin xarabalığa çevrildiyini diqqətə çatdırıb. O, bütün faciələrə rəğmən Azərbaycanın dünyaya nümunə ola biləcək multikültural dövlət olduğunu bildirib.

Paneldə çıxış edən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə Azərbaycan hökumət tərəfindən əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində silsilə təbirlər həyata keçirildiyini vurğulayıb. Əmək bazarına hər il 100 min yeni işçi qüvvəsi deyən nazir bildirib ki, işsizlik probleminin həlli ilə yanaşı hər il bu tələbatı ödəmək üçün də işlər görülməlidir.

''İnnovasiyalar iqtisadiyyatın yeni mənbəyi kimi'' panelində çıxış edən Rabitə,Nəqliyyat və Yüksək Texnalogiyalar nazrinin müavini Elmir Vəlizadə Azərbaycanın innovativ layihələrə böyük önəm verdiyini və ölkəmiz kosmosa artıq 3 peyk göndərdiyini qonaqların diqqətinə çatdırıb. Eyni zamanda bu paneldə ''ASAN'' xidmət modeli ilə bağlıda geniş məlumat verilib.

Forum işini müxtəlif panellərlə sabah davam etdirəcək.

 

 

Xəbər lenti

Çox oxunanlar