Həyət evlərinə girib, 20-ə yaxın qaz sayğacını oğurlayan şəxs saxlanılıb. Araşdırma zamanıməlum olub ki,vaxtiləpodratçı şirkətlərdən birində işləmiş bu şəxs iş təcrübəsini cinayət əməlinə alət edib. O , bir neçə qaz sayğacına müdaxilə edərək pul alıb.
Həm həyət evlərindən qaz sayğaclarını oğurlayırdı, həm də sakinlərlə danışaraq onların sayğacına müdaxilə edib pul alırdı. Oğurladığı sayğacların gövdə hissəsini müdaxilə olunan sayğacların gövdə hissəsi ilə əvəz edib sərfiyyatın miqdarını azaldırdı. Ancaq çox keçməmiş polis onun bu əməlinin üstünü açdı.
Xəzər rayon polis idarəsinin 2-ci polis şöbəsinin əməkdaşları rayonun Binə qəsəbəsində sayğac oğrusunu saxlayıblar. Araşdırma zamanı məlum olub ki, rayonun Binə qəsəbə sakini Mütəllim Əliyev elə həmin qəsəbədə həyət evlərindən təxminən 20-ə yaxın qaz sayğacı oğurlayıb.
Saxlanılan şəxs bunun müqabilində vətəndaşlardan pul alıb.
"Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev isə bu cür şəxslərlə əlaqəyə girib qaz sayğaclarına müdaxilə etmək istəyən vətəndaşlara bildirir ki, sayğaclara müdaxilə edib onun sərfiyyatını azaltmaqla heç nə dəyişmir. Çünki bütün istehlakçıların qaz sərfiyyatının miqdarına qurumun Avtomatlaşdırılmış Qaz İnformasiya Sistemi vasitəsi ilə nəzarət olunur.
Qeyd edək ki, saxlanılan şəxsin üzərindən narkotik vasitə də aşkar edilərək götürülüb.