Xəzər Xəbər

Prezident İlham Əliyev bir sıra görüşlər keçirib VİDEO

Veb TV | 20:51 • 25 Oktyabr 2018
Prezident İlham Əliyev bir sıra görüşlər keçirib

Prezident ilham əliyev VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən yüksək vəzifəli qonaqları qəbul edib. Görüşlərdə Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətlərdə etibarlı tərəfdaş olduğu qeyd edilib . Vurğulanıb ki, ölkəmiz mədəniyyətlər və dinlərarası dialoq məkanıdır.

Prezident İlham Əliyev BMT baş katibinin müavini Rəşid Xalikovu qəbul edib. Qonaq Bakı Humanitar Forumunun əhəmiyyətindən bəhs edib, bu tədbirin beynəlxalq əməkdaşlığa mühüm töhfələrindən danışıb. Prezident İlham Əliyev isə Rəşid Xalikovun Forumda iştirakının və çıxışının BMT-nin bu tədbirə böyük önəm verməsinin göstəricisi olduğunu vurğulayıb.

Prezident İlham Əliyev Rusiya Federasiyası Baş nazirinin müavini xanım Olqa Qolodetsi qəbul edib. Prezident qeyd edib ki, qonşu və dost ölkələr olan Azərbaycan ilə Rusiyanın əlaqələri nümunəvi xarakter daşıyır və humanitar əməkdaşlıq məsələsi demək olar ki, dövlət başçıları arasında keçirilən bütün görüşlərin gündəliyində durur.

Dövlət başçısı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunovu da qəbul edib. Görüşdə VI Bakı Beynəlxalq Humanitar Forumun əhəmiyyəti vurğulanıb, bu tədbirin beynəlxalq əməkdaşlığa mühüm töhfə verdiyi qeyd edilib.

Prezident İlham Əliyev ISESCO-nun baş direktoru əbdüləziz bin Osman əl-Tuveycrini qəbul edib. Görüşdə Əbdüləziz bin Osman əl-Tuveycri Bakı Humanitar Forumunun beynəlxalq əhəmiyyətindən bəhs edərək bildirib ki, bu Forum çox gözəl və səmərəli nəticələri olan platformadır. Prezident İlham əliyev İSESCO-nun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə davamlı dəstəyinə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev UNESCO-nun baş direktorunun müavini Qu Xingi də qəbul edib. Azərbaycan-UNESCO əlaqələrinin güclü tərəfdaşlığa və zəngin tarixə malik olduğunu qeyd edən dövlət başçısı uğurlu əməkdaşlığımızın davam etməsindən məmnunluğunu bildirib. Qu Xing isə bildirib ki, UNESCO Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir və Azərbaycan dinamik fəaliyyəti ilə bu təşkilatın işinə böyük töhfə verir.

Dövlət başçısı Parlamentlərarası İttifaqın prezidenti xanım Qabriela Baronu qəbul edib. Qonaq qeyd edib ki, bu tədbirdə Meksika parlamentinin deputatı olması ilə yanaşı, Parlamentlərarası İttifaqın prezidenti qismində də iştirak etməsi onun üçün böyük önəm daşıyır.

Prezident İlham Əliyev Uruqvay Nümayəndələr Palatasının sədri Xorxe Qandinini qəbul edib. Görüşdə qarşılıqlı səfərlərin əməkdaşlığımızın gələcəyinin müəyyənləşdirilməsi baxımından böyük önəm daşıdığını vurğulayan dövlət başçısı uruqvaylı qonağın ölkəmizə bu səfəri zamanı ikitərəfli əlaqələrin inkişafı ilə bağlı geniş fikir mübadiləsinin aparılacağına əminliyini bildirib.

Prezident İlham Əliyev Sloveniya Milli Şurasının sədri Aloyz Kovşkanın başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib. Görüşdə bu səfərin ikitərəfli münasibətlərimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı qeyd olunub.

Xəbər lenti